Əfqanıstanın ilk qadın olimpiya idmançısı, cüdoçu Friba Rezaye Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, BOK-dan ölkəsinin 2024-cü ildə Parisdə keçiriləcək olimpiada oyunlarına dəvət edilməməsini tələb edib.

Qadın idmançı ölkəsində "Taliban"ın hakimiyyətdə olduğunu və onların gəlişindən sonra qadınlara qarşı münasibətin dözülməz olduğunu xatırladıb: "Bizim azadlıqlarımız əlimizdən alınıb. Bunun bir cəzası olmalıdır...".

Fərid Aslan

MİA.AZ