"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal bu həftə İstanbulda Konfrans Liqası çərçivəsində Yunanıstanın "Olimpiakos" komandası ilə revanş oyunu haqda açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Olimpiakos"la ilk oyunda 3:0 hesabıyla geri düşmələri, daha sonra isə 2 qol vuraraq hesab arasındakı fərqi azaltmalarının ğzgüvəndən qaynaqlanmasına bağlayıb: "Başqalarının fikri məni maraqlandırmır. Etdiklərim göz qabağındadır. "Olimpiakos" matçında 3:0 geri düşsək də, meydanda dik durmağa davam etdik. Komandama və oyunçularıma güvənirəm. Onların nə istədiyini bilən bir məşqçiyəm. Livakoviçin çox yaxşı oyun nümayiş etdirir. Oyunçularımla çox səmimi və aydın münasibətim var. Futbolçularım bilir ki, kim layiqdirsə, ona forma verirəm. Komandanın xeyrinə olan hər şeyi edirəm". 

O bildirib ki, "Olimpiakos"la cavab oyunu klub və onun üçün çox vacib matç olacaq: "İnanıram ki, cümə axşamı günü azarkeşlərimizlə birgə sevincəyik..."

Fərid Aslan

MİA.AZ