Türkiyə superliqasının 32-ci turunda "Fənərbağça" "Fatih Karagümrük"lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşmada hesabı "Fatih Karagümrük" açıb. Ev sahibinin qoluna “Fənərbağça” 49-cu dəqiqədə Edin Dzekonun qolu ilə cavab verib - 1:1.
"Fənərbağça" 56-cı dəqiqədə VAR-ın qərarı ilə penalti qazanıb. 57-ci dəqiqədə Mişi Batşuayi penaltini qola çevirib - 1:2.
"Fatih Karagümrük"ün oyunçusu Rayan Mendes 77-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
86-cı dəqiqədə isə VAR hakimi "Fənərbağça"nın xeyrinə verilənpenalti qərarını ləğv edib.
90+7-də isə "Fatih Karagümrük"dən Valentin Eysseric 2-ci sarı kartla meydandan qovulub.
Beləliklə, “Fənərbağça” 2-1 qalib gələrk çempionluq şansını davam etdirib.
Onu da qeyd edək ki, bu oyunda da VAR hakimi əcnəbi hakim - Portuqaliya Futbol Federasiyasından Andre Narciso olub.
Fərid Aslan
MİA.AZ