Türkiyə Super Liqasının 32-ci turunda Mersində "Atakaş Hatayspor"la qarşılaşan liqanın sonuncu komandası "İstanbulspor" qələbə ilə ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "İstanbulspor" səfərdən 3 cavabsız qolla dönüb - 0:3.
Qolları 68-ci dəqiqədə Florian Loşaj, 71-ci dəqiqədə Mendi Mamadu və 87-ci dəqiqədə Vefa Temel vurublar.
Bununla da "İstanbulspor" 10 matçdan sonra liqada qalib gələrək xallarını 16-ya yüksəldib. Ardıcıl ikinci məğlubiyyətini alan Volkan Demireılin baş məşqçisi olduğu "Hatayspor" isə 33 xalla 16-cı pillədə qalıb.
Fərid Aslan
MİA.AZ