Türkiyədə sosial mediada hesabında "Ələvilərin niyə PKK olmalıdır?" başlıqlı yazısında terroru təşviq edən Evren Barış Yavuz İstanbulda həbs edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Prokurorluğunun açdığı cinayət işi əsasında o, dünən İstanbul polisi tərəfindən qandallanıb.
O, 1 yanvar 2024-cü ildə terroru təşviq edən yazısına görə ittiham olunub: "İstintaq çərçivəsində aparılan araşdırma zamanı şübhəlinin üzərində terror təşkilatının təbliğatı, ictimaiyyəti nifrət və düşmənçiliyə sövq edən və ya alçaldıcı qeydlər tapılıb. O, bundan sonra proqkurorluğun təqdimatı ilə saxlanılıb və Çağlayandakı İstanbul Ədliyyəsinin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib".
Fərid
MİA.AZ