Avstraliyanın paytaxtı Sidneydə dünya mediasının diqqətini çəkən hadisə baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sidneydə adı açıqlanmayan gənc adam əlində bıçaqla ticarət mərkəzində insanlara hücum çəkib.
Məlumata görə, o, qarşısına çıxan hər kısi bıçaqlayıb: "Nəticədə 6 nəfər hadisə yerində ölüb, biri körpə olmaqla 7 nəfər isə yaralanıb. Onların arasında ağır olanlar da var".
Məlumata görə, polislər bıçaqlı şəxsi güllələyərək öldürüblər: "Hadisənin terror olub-olmadığı istiqnamətində araşdırma aparılır".
Lamiyə Əhmədli
MİA.AZ