"Qalatasaray"ın sabiq futbolçusunun arvadı özünü öldürmək istəyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Emre Aşıkin keçmiş həyat yoldaşı Yağmur Sarnıç bu barədə video müraciət yayıb.
"Daha dözməyə gücüm yoxdur" deyə intihar edəcəyinin ağlayaraq anonsunu verən Sarnıçın evinə dərhal polislər göndərilib.
Türkiyə mətbautı yazır ki, antidepresan dərmanla özünü öldürməyə çalışan Sarnıç xəstəxanaya aparılıb: "O, müəyyən tədbirlərdən sonra evinə buraxılıb. Faktla bağlı araşdırma gedir".
Xatırladaq ki, Yağmur Sarnıç İstanbulun Beylikdüzü rayonunun Kavaklı səmtindəki evindən etdiyi videomüraciətdə keçmiş əri Əmrəyə ağır ittihamlar yönəldib: "Bu, mənim son videom olacaq. Artıq mübarizəyə və dözməyə gücüm yoxdur. Allahdan başqa kimsəm yoxdur. Kiməsə haqqımı halall etmirəm. O qədər şeylər olub ki, ancaq özümü öldürməyi düşünmürdüm, amma indi ümidim də, dözməyə gücüm də qalmayıb. Məni hazırda həbsə atıb "iş"imi də bitirməyə çalışırlar. Nə etsəm də uğur qazana, övladlarıma qovuşa bilmədim. Mən daha dözə bilmirəm. Tək istəyim uşaqlarımla xoşbəxt olmaq idi, amma bu mümkün olmadı. Bu dünyada güclülər qalib gəlir, haqlılar uduzur. Peşman olduğum tək şey uşaqlarımı görə bilməməyimdir. Mən artıq bu dünyadan əl çəkmişdim. Mən bu insanlarla mübarizə apara bilmirəm. Özümü öldürmək qərarına gəldim. Bu dünyadan getməyə qərar verdim, hamıdan Allaha şikayət edəcəm. Mən öləndən sonra övladlarım türk xalqına əmanət olacaq. Övladlarımı o çirkabın içində qoymayın. Əmrə göründüyü kimi deyil. Övladlarım hər şeyin şahidi olurlar. Mən öləndən sonra onları danışdırın, hər şeyi danışacaqlar. Onlar çox qeyri-sağlam mühitdədirlər. Onlar anaları ilə bağlı qurulan hər plana şahiddirlər. Onların psixologiyası çox pisdir. Əmrə elə şeytandır ki..."
Ləman
MİA.AZ