"Trabzonspor" Denis Draqusu heyətinə qatmaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə "Trabzonspor" "Qaziantep"də icarə əsasında çıxış edən rumıniyalı mərkəz hücumçusunun transfer haqqını əlində saxlayan “Standard Liege” ilə danışıqları davam etdirir.

Məlumata görə, "Qlazqo Reyncers"lə müqaviləsi mövsümün sonunda başa çatacaq Borna Barişiçlə prinsipial razılığa gələn Qara dəıniz komandası Denis Draqus transferi ilə də növbəti mövsümə daha əvvəldən hazırlıqlı girmək istəyir.

Xəbərdə deyilir ki, hazırda Qara dəniz klubu rumıniyalı mərkəz forvardının transfer haqqını azaltmağa can atır: "Hələlik tərəflər məbləğlə bağlı anlaşa bilmirlər..." 

Rumıniya mətbuatına müsahibəı verən Draqus "Trabzonspor"a transferinin yaxınolduğunu etiraf edib.

Xatırladaq ki, Denis Draqus bu mövsüm "Qaziantep"də 26 oyun keçirib. 24 yaşlı hücumçu bu oyunlarda 11 qol vurub, 1 qol ötürməsi edib.

9 dəfə Rumıniya millisində çıxış edən Draqus ölkəsi üçün də 2 qol vurub.

Fərid

MİA.AZ