Super Liqa klubları Türkiyə Futbol Federasiyasının (TFF) növbədənkənar seçkilərlə bağlı qurultay qərarının tarixi ilə barışmır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqa klubları artıq TFF rəhbərinin daha tez istefaya yollanması üçün rəsmi ərizə toplayır.

Məlumata görə, superliqada mübarizə aparan 20 klubdan 19-u TFF prezidenti Mehmet Büyükekşinin iyul ayında keçiriləcək Türkiyə Futbol Federasiyasının qurultayına qədər vəzifədə qalmasını əsla qəbul etmədiyini bəyan edib: "Artıq bu bəyanata notarial qaydada imza atılır. Yalınız Böyükkişinin vaxtilə pezidenti olduğu "Qazianterpspor" klubu bəyanata imza atmaqda tərəddüd edir. Qalanları TFF rəhbərininə "Vəzifədən indi get" tələbinə iki əlli razılıq verib".

Türkiyə mətbuatı yazır k, əgər super liqada çıxış edən klublardan 40 faizi bəyanata imza atarsa, o zaman TFF İdarə Heyəti nizamnaməyə uyğun olaraq bir ay ərzində növbədənkənar seçkilərə getməyə məcburdur: "Əgər federasiya bununla razılaşmayıb seçki keçirməsə, o zaman məsələ  FİFA-ya şikayət emək haqq tanınır".

Fərid

MİA.AZ