"Hər kəsdən üzr istəyirəm, biz belə bir vəziyyət gözləmirdik. Derbidə heç gözləmədiyimiz bir şeylə qarşılaşdıq. Bu final onlara və bizə yaraşmadı. Heç yaxşı olmadı".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri super kubok oyununun 2-ci dəöqiqəsindən medandan çəkilən "Fənərbağça"nın hərəkətinə münasibətdə "Qalatasaray"ın prezidenti Dursun Özbek deyib.

O, Şanlıurfadakı azarkeşlərə xoş olmayan hadisə yaşatdıqlarına görə təkrar üzrxahlıq eləyib: "Bu, çox vacib - cumhuriyyyətin 100-cü yubiley kubokudur. Çox üzüldüm. U19 komandasındakı uşaqlara ayıb deyilmi? Niyə bu uşaqlardan öz məqsədləriniz üçün istifadə edirsiniz? Bu, tarixə pis yazılacaq super kubok finalıdır. Bu, kimə xeyir gətirə bilər axı? Qarşıdakı günlər daha da gərginləşəcək. Mən bu gərginliyin bitməsinin tərəfdarıyam. Bu final onlara və bizə yaraşmadı. Heç yaxşı olmadı. Qalan məsələlər isə federasiya verməlidir. Zatən federasiyada seçkii qərarını da verib artıq. Biz isə artıq özümüzə nəzarət etməliyik. "Qalatasaray"ın prezidenti olaraq bütün idman maraqlı tərəflərini ağıllı hərəkət etməyə çağırıram".

Fərid Aslan

MİA.AZ