Xəbər verdiyimiz kimi, "Qalatasaray" və "Barselona"nın keçmiş oyunçusu, 37 yaşlı Arda Turanın sükanı arxasında olan İstanbulun "Eyüpspor" komandası hələ 5 oyunları qalmasına baxmayaraq, indidən 1-ci Liqadan super liqaya yüksəlməyə vəsiqə qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən axşam "Altay"ı 4:1 hesabı ilə məğlub edərək komandasını ilk məşqçilik dönəmində super liqaya daşıyan Arda Turan tarixi uğurla bağlı ilk açıqlamasını verib: "Çox çalışdıq. Hər gün daha yaxşısını necə edə biləcəyimizi düşündük. Və belə də davam edirik. Daha da yaxşı formada davam edəcəyik. Qalan matçlarda əlimizdən gələni etməyə çalışacağıq. Futbola aşıq insanam. Hər gün daha yaxşısını etməyə çalışıram".
Xatırladaq ki, 105 il əvvəl yaradılan klub heç vaxt Super Liqada oynamayıb.
Fərid Aslan
MİA.AZ