Türkiyə birinci liqasında mübarizə aparan "Altay" bu gün Arda Turanın baş məqşçisi oduğu "Eyüpspor"a uduzmaqla 2-ci liqaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  "Eyüpspor"a səfərdə 4:1 hesabı ilə uduzan "Altay"ın mövsümün bitməsinə 5 tur qalmış liqanı tərk etməsi artıq dəqqiləşib.

Türkiyə mətbuatı yazır ki, bu mövsüm maddi problemlər səbəbindəntransfer edə bilməyən klubu bəzi təcrübəli futbolçular da tərk ediblər. Bu isə komandanın oyununa öz təsirini göstərib.

Bleəliklə, "Bitexen Giresunspor"dan sonra birinci liqa ilə vidalaşan ikinci komanda olan "Altay" mövsümü "Ahlatcı Çorum FK", "Manisa FK", "Boluspor", "Adanaspor" və "Ankara Keçiörengücü" ilə oyunları ilə  tamamlayacaq.

Xatırladaq ki, "Altay" 2010-2011-ci illərdə də 1-ci liqa ilə vidalaşıb. 2018-2019 mövsümündə isə yenidən birinci liqaya yüksəlib. 2020-2021-ci illərdə Super Liqa vəsiqə qazanan "Altay"a vaxtilə məşhur məşqçi Mustafa Dənizli də rəhbərlik edib.

Fərid

MİA.AZ