Türkiyədə çoban itləri 82 yaşlı qadını parçalayaraq yeyiblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Antalyanın Akseki rayonunda baş verib.

Məlumata görə, qəbiristanlığı ziyarətə gedən 82 yaşlı Havva Özen boş ərazidə 3 çoban iti hücum edib: "Hadisə səhər saatlarında Karakışla məhəlləsində baş verib. 3 iri çoban it 82 yaşlı Havva Özenı parçalayaraq bədəninin çox hissəsini yeyib...".

Türkiyə mətbuatı yazır ki, hadisədən sonra bölgəyə jandarma qüvvələri gıəlib: "Onlar nəzarətsiz buraxılan itlərin R.D.-yə məxsus olduğunu müəyyənləşdirərək, onu saxlayıblar...". 

Firudin Səfərli

MİA.AZ