Əldə etdiyimiz məlumata görə, artıq “Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla vidalaşıb.
Mia.az xəbər verir ki, klub rəhbərliyi uğursuzluğa görə bütün günahı onda görüb.
***
“Araz-Naxçıvan” klubunda ayrılıq yaşana bilər.
Mia.az xəbər verir ki, Naxçıvan təmsilçisinin mövsümün əvvəlində sərgilədiyi müsbət performansdan sonra diqqət mərkəzinə düşən baş məşqçi Azər Bağırovla artıq yollar ayrılmaq üzrədir.
Naxçıvanlıların son vaxtlar elitadakı uğursuz çıxışı, ötən gün isə “Kəpəz”ə qalib gəldiyi halda, yekunda matçı məğlubiyyətlə bitirməsi (1:2) klub rəhbərliyini Bağırovla müqaviləyə xitam verməyə sövq edir.
Tezliklə, hətta bu gün ərzində mütəxəssislə yolların ayrılacağı gözlənilir.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis 2022-ci ilin 1 iyununda “Araz-Naxçıvan”ın "sükanı arxası"na keçmişdi. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.
Zülfiyyə
MİA.AZ