"Beşiktaş"ın prezidenti Həsən Arat futbolçularla bir araya gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ümraniyedəki bazada keçirilən görüşdə klub prezidenti son həftələr zəif çıxış edən futbolçuları çox açqı şəkildə hədələyib.
Məlumata görə, görüşdə futbolçuları "Beşiktaş"lı azarkeşlərin istədiyi oyun tərzini nümayiş etdirməyə çağıran Arat “Meydanda döyüşməyəcəksənsə, "Beşiktaş"lı azarkeşlərin istədiyi futbolu oynamayacaqsınızsa və yalnız transfer haqda fikirləşəcəksinizsə, o zaman qapı sizə açıqdır. Belə oyunçuların pulunu verib, qapını göstərəcəyik" - deyə bildirib.
Klub prezidenti gənc futbolçularla fəxr etdiyini və komandanın təcrübəli futbolçularının onlara hərtərəfli dəstək verməsini istəyib: "Məsuliyyətli olun. Sosial mediada yazılanlara fikir verməyin, biz Avropaya getməliyik. Türkiyə kuboku bizim yeganə hədəfimizdir. Onu qazanmalıyıq. Bunun üçün meydanda mübarizə aparıb, layiqli qələbə qazanın. Mən formasını sona qədər islatmayan futbolçu görmək istəmirəm”.
Fərid
MİA.AZ