Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor" - "Fənərbağça" oyununda azarkeşlərin meydana girməsinə görə baş verən dava ilə bağlı qərarına dəyişiklik edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF-nin Arbitraj Şurası "Fənərbağça"lı Jayden Oostervolde və İrfan Can Eğribayata verilən 1 oyunluq cəzanı təsdiqləyib. "Trabzonspor"un isə 6 oyunluq tamaşaçısız cəzasənı isə 4 matça endirilib.
Bununla yanaşı, Qara dəniz komandasına kəsilən 3 milyon TL cərimə 448 min TL-yə endirilib.
Fərid
MİA.AZ