"Beşiktaş" Türkiyə Futbol Federasiyasını (TFF) "Trabzonspor" - "Fənərbağça" oyunda azarkeşlərlə davaya görə verdiyi cəzalar səbəbindən "topa tutuib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda cəzaların  "Beşiktaş"a qarşı kısiın cəzalarla ümqayisədə çox yüngül olduğuna işarə vurulub.

"Beşiktaş"ın futbolçularının cəzaya səbəb göstərilən hərəkətləri həmin oyunda baş verənlərlə müqayisədə çox yüngül olmasına toxunailan bəyanatda türk futbolunda cəzaların şəxslər və klublara görə dəyişməsinə diqqət çəkilib:

“Türkiyədə idman qanununun bu qədər dəyərdən düşdüyü, standartlarının itdiyi, ədalətə inamın itdiyi bir dövr olmayıb. Qarşılaşmaların sayının gündən-günə artmasına və matçların daha da gərginləşməsinə əsaslanaraq, müasir idman sahəsində qərarlar sürətlə, dəqiq və universal standartlara uyğun olaraq  qəbul edilməlidir. Təəssüf ki, federasiyamız bu məsələdə verdiyi qərarlarla etimadı təmin edə bilmir.

Bir idmançımızı dodaq oxuma üsulu ilə bir gecədə qaydanı dəyişərək 6 oyunluq cəzalandıran federasiya və bir idmançımızı komanda yoldaşını qorumaq üçün meydana çıxan azarkeşi itələdiyinə görə cəzalandıran federasiya 15 gündür ölkə gündəmini zəbt edən hadisəli (Trabzondakı hadisələr nəzərdə tutulur - Mia.az) matçdan sonra məlum cəzaları da  verən eyni federasiyadır.

Keçmişlə müqayisədə gec və qeyri-mütənasib olaraq qəbul edilən qərarlar gələcəkdə ədalətin bərqərar olacağına inamı tamamilə məhv edib. Biz baş verən prosesləri narahatlıqla izləyir və türk futbolu adına ayrı-ayrı şəxslərə və klublara uyğun qaydalardakı dəyişiklikləri bir dəftərə yazırıq...".

Fərid Aslan

MİA.AZ