"Qalatasaray"la çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" Super liqanın 31-ci turunda "Yukatel Adana Dəmirspor"la bu gün "döyüş"ə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Ülkər” stadionunda keçirilən görüşün 17-ci dəqiqəsində “Fənərbağça” müdafiəçisi Djikunun qolu ilə hesabı açıb - 1:0.

25-ci dəqiqədə "Adana Dəmirspor" heaba tarazılıq gətirib. Qapıçı İrfan Can Eğribayatın səhvindən sonra Mario Balotelli cərimə meydançasında topu alaraq qolu atıb - 1-1. 

İlk hissə bu hesabla başa çatıb.

51-ci dəqiqədə  Edin Dzeko hesabı artırıb - 2:1.

"Fənərbağça" 70-ci dəqiqədə Duşan Tadiçin cərimə meydançası xaricindən vurduğu möhtəşəm qolla fərqi 2-yə yüksəldib - 3-1.

“Adana Dəmirspor” 80-ci dəqiqədə Yusuf Barasinin vurduğu qolla hesabı azaldıb - 3:2.

"Fənərbağça"nın heyətində ikinci hissədə oyuna daxil olan Serdar Dursun 85-ci dəqiqədə son qola imza atıb - 4:2.

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan İstanbul klubu xalını 82-yə yüksəldib.

"Adana Dəmirspor" isə 39 xalda qalıb.

Fərid Aslan

MİA.AZ