Bu gün Türkiyə birinci liqasının lideri, Arda Turanın sükanı arxasında olduğu "Eyüpspor" "Adanaspor"la qarşılaşmada tarixi fürsəti qaçırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun 75 dəqiqə 10 nəfərələ mübarizə aparan "Adanaspor"un gözlənilməz minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Əgər Arda Turanın komandası bu görüşdə qalib gəlsəydi, sona 6 həftə qalmış Super Liqaya yüksəlməyi təmin edəcəkdi.
Oyuna gəldikdə, Adana komandaısnın futbolçusu Çex Diakite 17-ci dəqiqədə qırımız kartla meydandan qovulsa da, komandası 60-cı dəqiqədə Junior Fernandesin qolu ilə qələbə qazana bilib.
Bu qələbə ilə "Adanaspor" xalını 30-a yüksəldib. "Eyüpspor" isə 64 xalla qalıb.
Fərid Aslan
MİA.AZ