Hava limanında korrupsiya ittihamı ilə saxlanılan federasiya prezidenti sərbəst buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xaricdən Madridə dönüşdə hava limanında saxlanılan İspaniya Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales birbaşa istintaqa apaırlıb.

Məlumata görə, Dominikan Respublikasından qayıdarkən Madrid Adolfo Suarez-Barajas hava limanında nəzarətə alınan Rubialesə elə oradaca rəsmi ittiham irəli sürülüb və o, müvafiq qərarla saxlanılıb: "Rubiales təyyərdən enərəkən telefonu və üstündəki əşyalar alınaraq istintaqa aparılıb. O, ifadəsi alındıqdan sonra ölkəni tərk etməmək qərarı ilə buraxılıb".

İspaniya mediası yazır ki, sabiq prezident vəzifə başında olarkən, daha dəqiqi, 2020-2022-ci illər tikinti şirkətindən 3,8 milyon avro rüşvət alıb. Bununla yanaşı, o, bəzi korrupsiya əməllərinə yol verırək, ümumilikdə 530 min avro mənimsəyib. Lakin sabiq prezident bu ittihamları rədd edir.

Onu da qeyd edək ki, sabiq prezent İspaniyanın qadınlardan ibarət millisinin dünya kubokunun qazanarkən oyunçuları dodaqlarından öpdüyü üçün tənqidlə tuş gəlib və nəhayət, böyüyən narazılıq fonunda vəzifədən istefa verib.

Fərid Aslan

MİA.AZ