Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) "Trabzonspor" - "Fənərbağça" matçında azarkeşlərin meydana daxil olaraq futbolçularla əlbaya olması ilə əlaqəli cəzalarını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF-nin qərarı ilə “Trabzonspor” azarkeşləri tərəfindən meydançada baş verən insidentlərə görə 3 milyon lirə cərimə və 6 oyunluq azarkeşsiz oynama cəzası alıb.
"Fənərbağça”dan isə azarkeşlərlə əlbəyaxa Jayden Quinn Oostervolde və İrfan Can Eğribayata bir oyunluq cəza və pul cəriməsi verilib.
Qərara "Trabzonspor" klubu operativ və kəskin cavab verib.
Klubun sosuial media hesabında belə paylaşım edilib: "Ədalətiniz batsın Qalxın kreslolardan, istefa verin".
Fərid
MİA.AZ