Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryan yoxa çıxıb. İkinci Qarabağ müharibəsindən sonra siyasi meydanda aktiv şəkildə görünən Qarabağ klanının əsas fiquru daha açıqlamalar vermir. Revanşist fikirləri ilə seçilən Koçaryan bir neçə aydır ki, üzə çıxmır.

Ermənistanın "Hraparak" nəşri ölkənin əsas oliqarxlarından sayılan Qarabağ cəlladının harada olmasını araşdırıb.

“Ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın tərəfdarları bir neçə ildir ki, liderilərinin aktiv siyasətdən getməsini inkar etməyə çalışırlar. İddia olunur ki, o öz cəbhəsində daxili proseslərə rəhbərlik edir. Amma reallıq budur ki, Koçaryanın siyasətin axar suyunda əlini yumur. O, gündəlik gərgin proseslərdən, qayğılı Ermənistandan uzaq durur, daha sakit bir həyata üstünlük verir", - məqalədə yazılıb.

Qeyd edilir ki, Koçaryan hətta özünü “Ermənistan” bloku ilə də maraqlanmır, həftələrlə, hətta aylarla burada görüşlər keçirmir: "Əldə etdiyimiz məlumatlara görə, Ermənistan Respublikasının keçmiş prezidenti uzun müddətdir ki, Avropada məskunlaşıb. Çox güman ki, o, Almaniyadadır. Koçaryan martın 8-də məhz Berlindən qadınlara təbrik ünvanladı. O həmçinin Valdimir Putinə seçkilərdə qalib gəlməsi münasibəti ilə ünvanladığı təbrik məktubunu da Almaniyadan göndərdi. Bizdə olan məlumata görə, o, ölkədən yanvarın sonunda gedib”.

Xatırladaq ki, Koçaryan ötən ilin yanvar ayında ixtiyarında olan media orqanlarının pulunu kəsməsi ilə gündəmə gəlmişdi. "Hraparak" Koçaryanın siyasi meydandan çəkildiyini yazmışdı(AzVision.az)