Almaniyanın “Bavariya” klubu ilə İngilərənin “Liverpul” klubu bu dəfə “Brayton”un baş məşqçisi Roberto De Zerbinin transferi məsələsində rəqabətə girişiblər.

Mia.az xarici mətbuata istinadla xəbər  verir ki, hər iki klub 44 yaşlı italyan məşqçi ilə danışıqlara başlayb.

Məlumatda deyilir ki, "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonu transferə razı sala bilməyən "Bavariya" birbaşa italyan məşqçi ilə təmas qurub: "Bu arada bəlli olub ki, "Liverpul"un istefa verəcəyini açıqlayan Yurgen Kloopun yerinə ingilislər də De Zerbini gətirməyi planlayıblar. Bu səbəbdən onlar adıçəkilən məşqçi ilə daha əvvəldən danışıqlar aparır. Əgər "Bavariya" bu rəqabətdə "Liverpul"a geridə qoysa, o zaman ingilis klubu "Sportinq"in 39 yaşlı çalışdırıcısı Ruben Amorimə yönələcək".

Xəbərdə o da deyilir ki, əgər “Bavariya” və ya “Liverpul” De Zerbini razı salsa, “Brighton”a 15 milyon avroluq sərbəst qalma məbləği ödəyəcək.

Fərid Aslan

MİA.AZ