"Fənərbağça" ilə oynadıqları matçdan sonra meydanda azarkeşlərin soxularaq fuitbolçularla dava etməsindən sonra Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor"a cəza yağdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor" bu qərardan sonra çox sərt bəyanat yayaraq TFF rəhbərliyini istefaya səsləyib: “Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurasına müraciəti qorxunun, təzyiq altındakı əzabın, utanc hissinin aradan qalxdığının sübutudur və əxlaqsızlığın zirvəsidir. TFF "Fənərbaxça"nın iki futbolçusu Osayi Samuel və Jayden Oostervoldenin milyonlarla insanın gözü qarşısında azarkeşlərimizə qarşı "hücum"unu heç vaxt olmamış kimi görməzdən gəldi. Bununla belə, TFF daha bir qanunsuz hərəkət etməklə azarkeşlərimizi təpikləyən Mert Müldür və Mişi Batşuayininin zorakılığa əl atmağa qanuniləşdirən və hətta həvəsləndirən amilə qərar verdi. Türk futbolunun təcili olaraq layiq olduğu hörmətə qayıtması, ədalətli və dürüst rəqabət mühitinə qayıtması, dünyada itirilmiş nüfuzunu geri qaytarması lazımdır. Klubumuz öz qərarları ilə Türkiyə futbolunun gələcəyini geri dönüşü olmayan nöqtəyə daşıyan bu qorxaq, zəif iradəli və qərəzli quruluşu davam etdirmək istəmir. O səbəbdən başda TFF rəhbəri Mehmet Büyükekşi olmaqla qanun və qaydaları tanımayan bu strukturun rəhbərliyini dərhal vəzifəsindən getməsini tələb edirik”.

Fərid

MİA.AZ