Türkiyə superliqasının 31-ci turunda "Qalatasaray" sabah Bakı vaxtilə saat 20.30-da "RAMS Park"da "Hatayspor"la qarşılaşacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu oyuna qədər "Qalatasaray" 26 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə 81 xalla liqada lider mövqedədir. "Bordo-ağlar" isə 7 qələbə, 12 heç-heçə və 11 məğlubiyyətlə 33 xalla 15-ci pillədə qərarlaşıb.
"Qalatasaray" - "Hatayspor" matçını baş hakim Ali Şansalan idarə edəcək. Şansalanın köməkçiləri Aleks Taşcıoğlu və Mehmet Kısal, 4-cü hakimi Mehmet Türkmen olacaq.
Fərid
MİA.AZ