İtaliya millisi DÇ-2014-lə erkən vidalaşıb.
D qrupunda mübarizə aparan Çezare Prandellinin komandası qrupun son oyununda Uruqvay millisi ilə qarşılaşıb. Bu matçda heç-heçə belə İtaliyanı 1/8 finala yüksəldəcəkdi. Ancaq komanda Uruqvaya 0:1 hesabı ilə uduzaraq qrupu üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, bundan əvvəl İspaniya, İngiltərə, Avstraliya, Kamerun, Xorvatiya, Bosniya və Herseqovina qrupda qalmışdı.