"Beşiktaş"ın keçmiş ulduz futbolçusu Rikardo Kuarejma Portuqaliyada "Canal 11"ə müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda klubsuz olan portuqaliyalı futbolçu aktiv futbol həyatı ilə vidalaşmaq üçün "Beşiktaş"dan xəbər gözlədiyini gizlətməyib: "Karyeramı özümü xoşbəxt hiss etdiyim "Porto", "Beşiktaş" və ya "Sportinq"də başa vurmaq istərdim. Hazırda "Porto" və "Sportinq" üçün bu, mümkün görünməsə də, bəlkə bu fürsəti "Beşiktaş"da tapa bilərəm”.
Xatırladaq ki, "Beşiktaş"da karyerasında 227 matça çıxan Kuarejma 38 qol vurub, 77 məhsuldar ötürmə edib.
Fərid Aslan
MİA.AZ