Uzun müddətdir Ukrayanın paytaxtı Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünən axşam qəfil vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə jurnalistin dostu, həmkarı Anar Natiqoğlu gecə məlumat paylaşıb: "Olmadı bu gediş can qardaş. Son nəfəsimə qədər hər zaman xatirəmdə gülərüz yaşayacaqsan. Tanınmış jurnalist, dost, İdrak Camalbəyli bir neçə saat öncə Kiyevdə ürəktutmasından dünyasını dəyişib".
Xatırladaq ki, İdrak Camalbəyli Azərbaycanda da tanınmış media orqanlarında, o cümlədən qapadılan ANS TV-də işləyib. O, Ukraynada da jurnalist fəaliyyəti ilə məşğul olub.
Onu da qeyd edək ki, jurnalist bir neçə ay əvvəl ürəyindən əməliyyat olunmuşdu...
Allah rəhmət eləsin!
Samir
MİA.AZ