Frana millisinin oyunçusu Mahamadou Diavara yığmanın düşərgəsini etiraz əlaməti olaraq tərk edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Fransa Futbol Federasiyasının oruc tutmağa qadağa qoyması olub.

Məlumata görə, qadağa ilə barışmayan 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü,  “Olimpik Lyon”un futbolçusu Mahamadou Diavara düşərgəni icazəsiz tərk edib.

Federasiya faktı təsdiqləyib. Bildirilib ki, arıq onun yerinə "Nant"dan Dehmaine Tabibou Assoumani çağırılıb.

Fərid Aslan

MİA.AZ