Aparıcı və prodüser Tarix Əliyev (Tolik) öz sosial şəbəkə hesabında bloggerləri ifşa edib.
O, bloggerlərin hiylə ilə reklam qazandığını bildirib. Bloggerlərin hansısa mağazadan reklam aldıqdan sonra ora gələn telefon zənglərinin artması əslində sadə bir fırıldaqçılığın nəticəsində baş tutur.
“Bir neçə məşhur blogger saxtakarlıqla məşğul olur. Bunların gizli “smm” xidmətləri var. Onlar reklamı paylaşdıqdan sonra həmin müştəriyə və ya mağazaya çox sayda zənglər gəlir və çoxlu sifarişlər olunur. Sifarişçi bunun blogerin reklamı əsasında olduğunu düşünür. Lakin bir neçə gündən sonra sifarişlər bəhanə ilə ləğv edilir. Bu yalançı piardır. Bu yaxınlarda həmin blogerlərin adlarını açıqlayacağam”,- o bildirib(Lent.az).
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
DİGƏR XƏBƏRLƏR
2024-11-23 11:30
2024-11-22 10:07
2024-11-21 16:00
2024-11-20 17:52
2024-11-20 14:05
2024-11-20 11:10