"Fənərbağça Klubunun prezidenti Ali Koç sensasiyalı bəyanat verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Trabzonspor"la oyundan sonra yaşanan olaylara görə komanasının cəzalandırılmasına səbrli yanaşmayacaqlarını təkrarlayıb.

Ali Koç bildirib ki, aprelin 2-də klubun idarə heyəti üzvləri ilə yekun məsləhət edəcəklər: "Bütün variantları son dəfə məsləhətləşəcəyik. Bura qədər bütün sponsorlarımızla görüşdük, onların yazılı razılığını aldıq. Biz harda olsaq, onlar da orda olacaqlar".

"Kreditlərimiz üçün banklarla da danışıqlar aparacağıq" deyən Koçun sözlərinə görə, qarşılarında üç seçim var: "Pis, daha pis və ən pis. Aşağı liqaya düşmək, bir müddət futbol fəaliyyətini dayandırmaq və xaric liqalardan birində oynamaq yəni. Amma bu ayın 2-dəki konqresdə müəyyənləşəcək. Hansını edəcəyimizi indi dəqiq deyə bilmərəm. Amma ona zəmanət verirəm ki, heç nə olmamış kimi davranmayacağıq. "Trabzonspor" matçından sonra bizi cəzalandırmaq istəyənlərəı bu fürsəti verməyəcəyik. Bizi cəzalandıra bilməzlər. Əgər cəza versələr də, cavabı operativ olacaq"

Fərid Aslan

MİA.AZ