Daha iki ölkənin milliləri Gürcüstanla birgə 2024-cü il Avropa Futbol Çempionatının (AVRO-2024) qruplarına yüksəliblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna və Polşa iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək çempionatda iştirak etmək hüququ qazanıblar.

Polşa normal vaxt və əlavə vaxtda 0-0 bitən matçda penaltilərlə Ueli 5-4 hesabı ilə məğlub edərək, Hollandiya, Avstriya və Fransanın yer aldığı D qrupunda mübarizə aparacaq.

Ukrayna isə İslandiyaya 2:1 hesabı ilə qalib gəlib və E qrupunda Belçika, Slovakiya və Rumıniya ilə "savaşacaq".

Fərid Aslan

MİA.AZ