"Qalatasaray"ın və "Barselona"nın keçmiş futbolçusu, hazırda “Eyüpspor”un baş məşqçisi olan Arda Turan haqqında həbs qərarı verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Arda Turan 2015 və 2016-cı illərdə “Atletiko Madrid” və “Barselona”da oynadığı müddətdə İspaniyada vergidən yayınma ilə bağlı iki fərqli cinayətə görə ittiham olunub.
O, bununla bağlı aparılan istintaqda təqsirini etiraf edib: "Barselona Ədliyyə Sarayının 13 saylı Cəza Məhkəməsində baxılan işdə 2015 və 2016-cı illərdə İspaniya Xəzinədarlığından vergidən yayınmaqda günahlandırılan Arda Turana iki cinayət işinə görə ümumilkdə bir il həbs cəzası verilib. Lakin cəza az olduğundan Arda pul cəriməsi və vurulan zərəri ödəməklə həbsə girməyəcək"
Məlumatda deyilir ki, Arda 2015-ci ildə 303 min 162 avro, 2016-cı ildə isə 330 min avro vergidən yayınıb: "O, məhkəmə prosesi zamanı ümumilikdə 617 773 avro vəsaiti 6 hissəyə bölməklə xəzinəyə geri ödəmək öhdəliyi geri götürüb. Bu səbədbən bir illik həbs cəzası 2 il t\əxirə salınıb. Əgər Arda Turan bu müddətədək qeyd olunan pulu tam ödəməzsə, o zaman həbs qərarı qüvvəyə minəcək".
Fərid Aslan
MİA.AZ