"Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Fənərbağça" ilə Super Kubok matçının təxirə salınacağı barədə iddialardan danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Super Kubok matçının təxirə salınması ilə bağlı qərar mexanizmi TFF-yə məxsusdur" deyərək, bu barədə onlara hər hansı məlumat daxil olmadığını bildirib: "Bilirsiniz ki, “TFF Super Kubok finalının tarixini açıqladı. Bütün hazırlıqlar buna uyğun aparılıb. Bundan sonrakı hadisələrlə bağlı TFF-dən bizə ünvanlanan başqa bir çağırış yoxdur. Bizə məlumat vermişdilər ki, matç aprelin 7-də Urfada keçiriləcək. Fərqli müraciət olarsa, onu dəyərləndirəcəyik".

Fərid

MİA.AZ