Türkiyə yığmasının Macarıstanla keçirəcəyi yoldaşlıq oyunu TRT SPOR-da canlı yayımlanacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, martın 22-də Bakı vaxtilə saat 23.45-də başlayacaq oyunla bağlı yığmanın heyətində dəyişiklik olub.
Məlumata görə, zədəli olan "Fənərbağça"nın futbolçuları Ferdi Kadıoğlu və Cengiz Ünder heyətdən çıxarılıb. Bu iki futbolçunun yerinə Şotlandiyanın “Reyncers” komandasında çıxış edən Rıdvan Yılmaz və “Korendon Alanyaspor”dan Oğuz Aydın daxil edilib.
Beləliklə, oyuna bu oyunçular dəvət olunub:
Qapıçı: Mert Günok (Beşiktaş), Muhammed Şengezer (RAMS Başakşehir), Okan Kocuk (Yılport Samsunspor), Uğurcan Çakır (Trabzonspor)
Müdafiəçi: Mert Müldür (Fənərbaxça), Rıdvan Yılmaz (Reyncers), Zeki Çelik (Roma), Ahmetcan Kaplan (Ayaks), Merih Demiral (Əl Əhli), Ozan Kabak (Hoffenheim), Samet Akaydın (Panatinaikos), Cenk Özkaçar (Valensiya)
Yarımmüdafiəçi: Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek (Fənərbaxça), Kaan Ayhan (Qalatasaray), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund)
Hücumçular: Oğuz Aydın (Alanyaspor), İrfan Can Kahveci (Fənərbaxça), Yunus Akgün (Lester Siti), Barış Alper Yılmaz, Kerem Aktürkoğlu (Qalatasaray), Semih Kılıçsoy (Beşiktaş), Abdülkadir Ömür (Hull Siti), Arda Gülər (Real Madrid) ). ), Can Uzun (Nürnberq), Enes Ünal (Bornmut), Kenan Yıldız (Yuventus), Yusuf Yazıcı (Lill)
Fərid
MİA.AZ