Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.
Layihə müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.