"Fənərbağça"nın 3-2 qalib gəldiyi matçdan sonra meydana daxil olan "Trabzonspor" azarkeşləri istanbullu futbolçulara hücum çəkiblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"lı futbolçular hücum edən azarkeşlər soyunub-geyinmə otağına getməyə çalışan oyunşularla əlbəyaxa olublar.
Təhlükəsizlik qüvvələri “Trabzonspor” azarkeşlərinin hücumunun qarşısını almağa çalışsa da, onlar buna nail ola bilməyiblər. Bir çox azarkeşlər futbolçularla yumruq davasına giriblər.
“Fənərbağça”nın ulduz futbolçusu Osayi Samuel ona hücum edən maskalı azarkeşi yumruqla yerə sərib. Osayi Samuel yerə yıxılan fanatı yumruqlamağa davam edib. Həmin anlar kameraya düşüb.
“Fənərbağça”nın digər furtbolçusu Mişi Batşuayi ona hücum etməyə çalışan “Trabzonspor” azarkeşini təpikləyib.
Bir azarkeş isə “Fənərbağça”nın qapıçısı Livakoviçə yumruq vurub. Aldığı yumruqdan sarsılan qapıçı yerə yıxılıb.
Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, meydana girən azarkeşlərin şəxsiyyəti hazırda dəqiqləşdirilir: "Araşdırma davam edir. Baş verənlər qəbuledilməzdir və lazımı hüquqi addımlar atılacaq".
Hadisə barədə TFF-də açıqlama yayıb.
Qeyd olunub ki, hadisələrə görə məsuliyyət daşıyanlara qarşı lazımi sərt cəzalar mütləq olacaq: "Heç kimin şübhəsi olmasın".
Fərid Aslan
MİA.AZ