Ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsində 2-2 hesablı ilk oyunun revanşında Qarabağ" səfərdə Almaniyanın "Bayer 04" komandasına son dəqiqə qolu ilə məğlub olub.
Mia.az xəbər verir ki, komandamız 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo ilə 2-0 önə çıxsalar da, hakimin 62-ci dəqiqədə Elvin Cəfərquliyevi VAR hakimlərinin məsləhəti ilə qırmızı vərəqə ilə cəzalandırması oyunun taleyinə birbaşa təsir edib.
Belə ki, komandamızın azlıqda qalmasından istifadə edən almanlar təzyiqi artırıb və 72-ci dəqiqədə Ceremi Frimponqin qolu ilə fərqi azaldıb - 1:1.
Hakimin oyuna əlavə etdiyi 6 dəqiqənin 3-cü dəqiqəsində (90+3) ev sahibindən Patrik Şik hesabı bərabərləşdirib.
Çox maraqlıdır ki, 90+6 dəqiqə bitsə də, ümumi hesabdakı bərabərliyə görə hakim oyuna əlavə vaxt trəyin etməyib. Və hakimin dəstəyi ilə alanlar 90+8-ci dəqiqədə isə 3-cü qolu vuraraq 1/4 finala yüksəliblər. "Qarabağ" turnirlə vidalaşıb.
Fərid Aslan
MİA.AZ