UEFA Avropa Konfransı Liqasının 1/8 finalında "Fənərbağça"ya uduzan belçika lideri "Union Saint-Gilloise" klubunun baş məşqçisi Alexander Blessin matçdan sonra mətbuat konfransında sualları cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Blessin oyundan sonra futbolçularını yaxşı oyuna və 1-0 hesabı ilə qalib gəldiklərinə görə təbrik etdiyini deyib:

"Konfrans Liqası ilə qələbə ilə vidalaşdıq. "Fənərbağça"nın stadionundan qələbə ilə ayrıldıq və bu, xoşdur. Bu mövsüm 80-ə yaxın qola imza atan "Fənərbağça"nın qapısından qol buraxmamaq böyük uğurdur. İki oyunun nəticəsində görə yarışa vida eləsək də, qalib gəldiyimiz üçün qürur hissi keçirirəm. Komandam və mənim üçün avrokuboklarda böyük təcrübə oldu. Bu, həm də mənim avroliqalardakı ilk təcrübəmdir. Gələcəkdə daha yaxşı işlər görəcəyimizi düşünürəm".

Fərid Aslan

MİA.AZ