UEFA Avropa Konfrans Liqasının ilk oyununda səfərdə Belçikanın “Union Saint-Gilloise” komandasına qalib gələn "Fənərbağça" bu gün evində cavab qarşılaşmasında uduzub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qonaqlar ikinci hissədə - 68-ci dəqiqəqə Rasmussenin qolu ilə matçdan qalib ayrılsa da, iki oyunun nəticəsinə əsasən 3-1 qalib gələn İstanbul komandası növbəti tura adını yazdırıb.
"Fənərbağça"nın rəqibi sabahkı püşkatmada müəyyənləşəcək.
Xatırladaq ki, komandalar meydana aşağıdakı heyətlə çıxmışdı:
"Fənərbağça": İrfan Can Eğribayat, Osayi, Djiku, Oosterwolde, Ferdi, İsmail, Fred, Szymanski, İrfan Can Kahveci, Ryan Kent, Batshuayi.
"Union Saint Gilloise": Lindner, Terho, Montes, Vanhoutte, Machida, Lapoussin, Amani, Rasmussen, Sadiki, Nilsson, Eckert.
Fərid
MİA.AZ