İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Çinin sosial media platforması "TikTok"u cəzalandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığı əsas gətirərək sosial media şirkətinə 10 milyon avro cərimə kəsilib.
Rəqabət Qurumundan verilən məlumata görə, "TikTok" rəhbərliyindən bu kimi istiqamətdə nəzarəti artırmaq tələb olunub: "Sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməlidir. Əks halda, cəzadan yayına bilməyəcəklər".
Lamiyə Əhmədli
MİA.AZ