Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ramil Qafarovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttihama görə, hadisə 08 sentyabr 2023-cü il tarixdə, saat təxminən 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən bağ evində qeydə alınıb.

Belə ki, Ramil Qafarov gözətçi və bağban kimi işləyərək yaşadığı bağ evində keçirilən doğum günü məclisində qonaq kimi dəvət olunan və əvvəldən tanıdığı sərxoş vəziyyətdə olan, zərərçəkmiş Vüsal Səfərovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan övladını təhqir etməsi olub. Münaqişə zamanı Ramil bağ evinin həyətindəki pilləkənin kənarından götürdüyü bıçaqla üzərinə gələn Vüsalın qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

Ramil Qafarov məhkəmədə ifadəsində deyib ki, azyaşlı uşağı ilə Vüsalın azyaşlı övladı arasında xırda uşaq mübahisəsi olub. Zərərçəkmiş özünün böyük uşağını çağırıb onun uşağını döydürüb, hətta övladını və onu təhqir də edib. Nəticədə o, zərərçəkmişi bıçaqlayıb.

Cinayət işinə məhkəmsə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Vüsal Səfərov ifadəsində bildirib ki, 2006-cı ildən etibarən bağ evinin sahibi Mahir Mirzəyevi tanıyır. Belə ki, Mahir Mirzəyev Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının əvvəllər müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, o, isə köməkçi vəzifəsində işləyib. Həmin vaxtdan onların dostluq münasibətləri olub. Zərərçəkmiş hadisə zamanı içkili vəzifəsində olduğunu söyləyib.

MİA.AZ