Çempionlar Liqasının 1/8 finaında "İnter"i qəbul edən Madridin "Atletiko" komandası çətin qələbə qazanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Atletiko Madrid" "İnter" komandasını 1:0 hesabı ilə uduzduğu matçın revanşında evində qəbul edib.
Oynun 33-cü dəqiqəsində Simone İnzaqinin baş məşqçisi olduğu "İnter" Federiko Dimarkonun qollu ilə 1-0 önə keçib.
“Atletiko Madrid” 2 dəqiqə sonra fransız ulduz Antuan Qrizmannın qolu ilə tarazlığı bərpa edib: 1-1.
Memfis Depay 87-ci dəqiqədə "İnter"i yenidən önə çıxarıb - 2:1.
Bununla da ümumi hesab 2-2 olduğundan əlavə vaxt təyin olunub. Əlavədə hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.
Penaltilərdə isə Madrid komandası üstün olub - 3:2.
Beləliklə, "Atletiko" rəqibini 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Onu da qeyd edək ki, "İnter"də çıxış Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu penaltini dəqqi yerinə yetirib.
Bu turun digər oyununda isə Almaniyanın "Borussiya Dortmund" komandası 1:1-in cavab oyununda Niderlandın PSV komandasına 2:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.
Beləliklə, "Mançester City", "Real Madrid", Bavariya", PSJ, "Arsenal", "Barselona", "Borussia Dortmund "və "Atletico Madrid" UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə alıb.
1/4 və yarımfinal oyunlarının püşkü 15 mart da atılacaq.
Fərid
MİA.AZ