Türkiyənin başda Manisa şəhəri olmaqla 7 şəhərdə “MAHZEN-11” əməliyyatları çərçivəsində daha 3 mütəşəkkil cinayətkar dəstə çöküdürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazirin sözlərinə görə, əməliyyatla 18 nəfər saxlanılıb: "Əsasən Manisa, İstanbul, İzmir, Tekirdağ, Kocaeli, Antalya və Balıkəsirdə fəaliyyət göstərən cinayətkar qrup “çirkli pulların yuyulması”, “fırıldaqçılıq", "sələmçilik” və sair cinayətlərdə ittiham olunur. Əməliyyatla 3 mafiyanın liderləri - Ərdoğan Şener, Sadrettin Avcı və ️Fedai Karal başda olmaqla 18 şübhəli tutulub. Onların ev və iş yerlərində axtarışla 7 sənədsiz tapança, 6 ov tüfəngi, 47 avtomobil, 2 qayıq, çoxlu çek, veksel, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri və mülkiyyət sənədi müqavilələri, həmçinin külli miqdarda nağd pul pul vəı sair aşkarlanaraq dəlil olaraq götürülüb".

Firudin Səfərli

MİA.AZ