Ötən mövsüm "Fənərbağça"nın baş mışqçisi olan və 7 ay Sudiyyə Ərəbistanının "Əl Hilal" komandası anlaşan Jorge Jesus adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun sükanı arxasında olduğu Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası 28 matç ard-arda qalib gəlməklə futbol tarixində ən uzun qələbə seriyası rekordunu yeniləyib.
Belə ki, Jesusun baş məşqçisi olduğu "Əl Hilal" Asiya Çempionlar Liqasının 1/4 final matçında Marselo Qalardonun baş məşqçisi olduğu "Əl İttihad"la qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılaraq həm adını finala yazdırıb, həm də rekorda doğru daha bir addım atıb.
Xatırladaq ki, dünyada ardıcıl qələbə qazanan komandaların sıralaması belədir:
"Əl-Hilal" - 28 matç
"The New Saints" - 27 matç
Ayaks – 26 matç (1972)
Ayaks - 25 matç (1995)
Koritiba - 24 matç
Bavariya - 23 matç
Real Madrid - 22 matç
Mançester Siti - 21 matç
Fərid Aslan
MİA.AZ