Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Barselona” komandası ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi İtaliyanın “Napoli” komandasını cavab oyununda diz çökdürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Lluís Companys Olimpiya Stadionunda keçirilən oyunda "Barselona"dan 15-ci dəqiqədə Fermin Lopez hesabı açıb.
17-də Joao Kanselo, 83-də isə Robert Levandovski fərqi 3-ə çatdırıb.
"Napoli"nin yeganə qoluna isə 30-cu dəqiqədə Amir Rrahmani imza atıb.
Bununla da "Barselona" 1/4-ə yüksəlib.
Xatırladaq ki, 1/4 finala “Mançester Siti”, “Real Madrid”, “Bavariya”, PSJ və "Arsenal" da yüksılib Bu axçşam isəd aha iki komanda 1/4 final uğurunda "savaşacaq".
Fərid Aslan
MİA.AZ