İngiltərədə barələrində həbs qərarı çıxarılan sosial media fenomeni və kikboksçu Endryu Teyt və qardaşı Trist Rumıniyada həbs edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar Britaniyanın tələbi əsasında saxlanılaraq məhkəməyə çıxarılıblar.
Çoxsaylı təcavüz və zorlama hallarında ittiham olunan Teyt qardaşları 2012-2015-ci illər arasında britanioyada istintaqa cəlb olunsalar da, həmin vaxtı dəlil yetərsizliyindən sərbəst qalmışdılar.
Məlumata görə, hazırda onlardan 7 ingilis qadını şikayətçidir.
Xəbərdə o da deyilir ki, qardaşlardan rumın qadınlar da şikayət veriblər: "Buxarest Məhkəməsi də prokurorun tələbi ilə onlar haqqında həbs qətimkan tədbiri seçib. Vəkilləri isə iddianın köhnə illərə aid olduğunu və sübutların yetərli olmadığını deyərək müvəkillilərinin azadlığını tələb edib. Ancaq hakm onlara "yox" cavabı verib".
Onu da qeyd edək ki, Teyt qardaşlarının Böyük Britaniya və ABŞ vətəndaşları olduğu da xəbərə əlavə olunub.
Firudin Səfərli
MİA.AZ