İspaniya La Liqasının ötən axşamkı oyununda "Selta Viqo"nu 4:0 hesabı ilə məğlub etdikləri matçda "Real Madrid"in son qoluna imza atan Arda Gülər ​açqılama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Arda ilk qolun verdiyi sevincin əvəzolunmaz olduğunu deyib: "İnanılmaz bir atmosferdə qol vurmaq təbii ki, əla idi. Çox xoşbəxtəm. İnşallah, qollar davam edəcək. Bunun üçün çalışmağa davam edəcəyəm. Bu, inanılmaz idi. İlk qolumu vurduğum üçün çox xoşbəxtəm. Çox çətin bir mövsüm keçirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Burada çox xoşbəxtəm. Dünyanın ən böyük klubudur və özü ilə çətinliklər gətirir. Amma inanıram ki, məndə bu çətinliklərin öhdəsindən gələcək keyfiyyət və xarakter var".

Fərid

MİA.AZ