İspaniya La Liqasının son turunda "Real Madrid"in "Celta Viqo"ya 4-0 hesabı ilə qalib gəldiyi oyundan sonra həm komandanın baş məşqçisi, həm də ispan mətbuatı son qola imza atan türkiyəli Arda Gülərə geniş yer ayırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti oyundan sonra Arda Güləri tərifləyib: 

"Çox az vaxt aldı, amma onun nələrsə edəcəyinə əmin idim. O, böyük istedaddır. Onun burada böyük gələcəyi var. Buna çox əminəm”.

“Marca” qəzeti isə qoldan sonra Ançelottinin Ardaya sarılmasına geniş yer veirb. Qəzat “Ançelottini dinləsə, Arda böyük ulduz olacaq” başlıqlı yazısında bildirib ki, türk oyunçu azarkeşlərə də ümid qaynağıdır: "Madridli azarkeşlər Gülərin sayəsində evlərinə gülümsəyərək yollandılar. Ən azından Bernabeu statdionunda qalanlar.... Madridlilər hesaba rəğmən, oyun performansı aşağı olan "Real"ın ülubundan bezərək sona xeyli qalmış stadionu tərk etməyə başlamışdı. Ançelotti belə bir anda türk futbolçunu oyuna buraxdı. Bernabeu mayın yağışı kimi onu gözləyirdi. Və o, çox qısa zamanda sahib olduğu yetənəyi göstərdi...".

Fərid Aslan

MİA.AZ