UEFA Avropa Konfrans Liqasının ilk matçında səfərdə Belçika liqasının lideri "Union Saint-Gilloise" komandası ilə üz-üzə gələn "Fənərbağça" layqili qələbə qazanıb.
Mia.az xəbər verir ki, türk komandası səfərdə rəqibini 3-0 məğlub edərək 1/4 final yolunda böyük üstünlük əldə edib.
"RSC Anderlext" stadionunda keçirilən oyuna meydan sahibləri basqılı başlasa da, "Fənərbağça" 20-ci dəqiqədə Mişi Batşuayinin qolu ilə önə keçib.
İkinci hissəyə yaxşı başlayan və rəqibini qapısından uzaq tutmağı bacaran "Fənərbaxça" 84-cü dəqiqədə Jayden Oostervoldenin vurduğu qolla hesabı artırıb - 2:0.
90+4-də Tadiç penalti ilə fərqi 3-ə çatdıırb.
Beləliklə, səfərdə 3:0 hesablı qələbə ilə ayrılan İstanbull komandası martın 15-də Kadıköydə keçiriləcək oyuna rahat çıxacaq.
Fərid Aslan
MİA.AZ